“Çin texnologiyanızı oğurlayacaq…Əməkdaşlıq etməyin!” –FTB və Mi-5 şirkətlərə xəbərdarlıq etdi

“Çin şirkətləri sənaye casusluğunda iştirak edə bilər”.

Azpost.info xəbər verir ki, bu çağırış Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey və MI5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallumun birgə bəyanatda yer alıb.

Onlar iş adamlarını çinli sahibkarlarla əməkdaşlığa razılaşdıqları təqdirdə bu faktı yadda saxlamağa çağırıblar. Bəyanata görə, Çin hökuməti iqtisadi üstünlük üçün həssas məlumatları sındırmaq və oğurlamaqla bağlı uzun təcrübəyə malikdir. Bu təhlükəni aradan qaldırmaq üçün FTB və MI5 iş adamlarına lazım gəldikdə təşkilatlarla əlaqə saxlamağı tövsiyə edib.

“Çin hökuməti texnologiyanızı oğurlamaqda qərarlıdır. Biznesinizi sarsıtmaq və bazarınıza hakim olmaq üçün əllərində olan bütün vasitələrdən istifadə edəcəklər. Bu nəhəng bazarda satış etmək üçün Çin şirkəti ilə əməkdaşlıq etməkdənsə, texnoloji üstünlüyü saxlamaq şirkətə daha çox dəyər qata bilər. Əks halda Çin hökumətinin və sizin “şərikinizin” yeniliklərinizi oğurlayıb “kopyaladığını” görə biləcəksiz”, – FTB direktoru deyib.

Kəşfiyyat rəhbərlərinin sözlərinə görə, Çin dövlət tərəfindən dəstəklənən hakerlərdən geniş istifadə edir və özünə vacib olan texnologiyaya çıxış əldə etmək üçün qlobal “kəşfiyyat xidmətləri” şəbəkəsini inkişaf etdirir.

Rey qeyd edib ki, FTB təxminən hər 12 saatdan bir Çinə qarşı yeni əks-kəşfiyyat araşdırmasına başlayır. Makkallum əlavə edib ki, MI5 hazırda 2018-ci ildəkindən yeddi dəfə çox Çində şübhəli fəaliyyətlə bağlı araşdırmalar aparır.

İyunun 29-da ABŞ Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl və sonra Rusiya ilə əməkdaşlığa görə beş Çin şirkətini “qara siyahıya” salıb. Məhdudiyyətlərə “Connec Electronic”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronic” və “World Jetta (HK) Logistics” məruz qalıb.

Azpost.info

Əvvəlki məqalə

Lavrov Çavuşoğlu ilə görüşəcək

Sonrakı məqalə

MİDA vergi borcu olan şirkəti tenderin qalibi seçib –