Oğuzda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb

Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.

Hadisə bu gün saat 16 radələrində rayonun Yemişənli kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb. 11 yaşlı F. Qədirova boğularaq ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.