Almaniya kansleri Şolts Prezident İlham Əliyevi təbrik edib

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram”.

Əvvəlki məqalə

“Mənə dedi ki, maşında 200 min manat pul var, nəzarət edim” –

Sonrakı məqalə

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır