Olimpiya çempionumuz Lamiyə Vəliyeva əcnəbi ilə ailə qurur-FOTO

İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva subaylığın daşını atır.

22 yaşlı paraatlet ailə həyatı qurur.

Əldə etdiyimiz məlumata əsasən, o, Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənir. Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub. Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.

Paralimpiya ulduzu zənglərimizə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib.

O, İdman.biz-ə məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.

Əvvəlki məqalə

Abxaziyada növbədənkənar prezident seçkiləri bu tarixə təyin edilib

Sonrakı məqalə

Ağadadaş Ağayev məhkəmədə özünü təqsirli bilməyib