Ölkə ərazisində müşahidə olunan qeyri-sabit havanın səbəbi açıqlandı

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin əsas səbəbi şimal-qərbdən ölkə ərazisinə daxil olan siklonik prosesdir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

O bildirib ki, siklonun arxa hissəsində formalaşan atmosfer cəbhəsinin təsiri nəticəsində təhlükəli ildırım bulud sistemləri formalaşır, nəticədə şimşək çaxır, leysan xarakterli yağış yağır:

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir “, – deyə o xatırladıb.

Əvvəlki məqalə

Bu halda şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə ehtiyac qalmayacaq

Sonrakı məqalə

Torpaq Məcəlləsinə dəyişikliklər edilir