Ölkədə daha 1013 nəfər COVİD-19-a yoluxub –

1244 nəfər sağalıb
07 Oktyabr 2021 - 18:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.