Ölkədə koronavirusa yoluxanların sayı 991 nəfərə çatdı –

10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10 Aprel 2020 - 19:01

İndiyədək Azərbaycanda 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.