Ölkədə nağd pul nə qədər artıb?

Mərkəzi Bankın hesabatına görə, 2022-ci ildə dövriyyəyə 10,5 milyard manat pul nişanı buraxılıb, tədavüldə nağd pul kütləsi 2,4 milyard manat artıb.

İl ərzində 2,9 milyard manat yararsız kağız və metal pul nişanının məhv edildiyi, milli valyutada 452 ədəd (36 min manat), xarici valyutada 193 ədəd saxta pul nişanının aşkarlanaraq tədavüldən çıxarıldığı vurğulanır.

Qeyd olunur ki, əhalidən 7,6 milyon manat (165 min ədəd) yararsız pul nişanı qəbul edilərək dəyişdirilib.

Mərkəzi Bank həmçinin bildirir ki, 2022-ci ildə valyuta ehtiyatı 27 faiz artıb, ehtiyatların 87 faizi ABŞ dollarında, 4 faizi avroda, 1 faizi İngiltərə funt sterlinqdə, 8 faizi Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqlarında saxlanıb.

Əvvəlki məqalə

Dünya bilikli işçi qıtlığı çəkir

Sonrakı məqalə

Okeanın 8336 metr dərinliyində naməlum balıq tapıldı