Ölkədə qızıl istehsalı 7 faiz azalıb –

Nə qədər qızıl ehtiyatımız var?
23 Dekabr 2020 - 10:54

Yanvar-noyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3303 kiloqramı qızılın payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azalıb.

Dekabrın 1-nə olan vəziyyətə əsasən, 316,8 kiloqram hazır qızıl ehtiyatı var.