“Ölkənin işində heç bir axsama olmayacaq” –Dini lider Xamneyidən prezident Rəisinin düşdüyü qəzaya reaksiya

İranın dini lideri Ayətulla Xamneyi prezident Rəisinin helikopterinin qəzaya uğrması hadisəsinə münasibət bildirib.

Azpost.info İRİB-ə istinadən bildirir ki, Xamneyi bu gün axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri ilə keçirilən qrup görüşündə bildirib.

O, prezident və onu müşayiət edən şəxslərlə bağlı baş verən hadisə ilə bağlı təəssüratlarını bildirib: “Ümid edirik ki, Uca Allah möhtərəm Prezidenti və onun tərəfdarlarını millətin qucağına qaytaracaq. Hər kəs bu qrup nazirlərin sağlamlığı üçün dua etməlidir. İran xalqı narahat olmasın, ölkənin işində heç bir axsama olmayacaq”.

 

 

Əvvəlki məqalə

“Mançester Siti” İngiltərə çempionu olub

Sonrakı məqalə

İran prezidentinin helikopterindəki iki sərnişinlə əlaqə yaratmaq mümkün olub