“Ölkə üçün çətin dövr başlayıb” –Rusiya Mərkəzi Bankının sədri

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Qərbin sanksiyalarının Rusiya üçün nəticələrindən danışıb.

Azpost.info xəbər verir ki, o, ölkə iqtisadiyyatı üçün çətin struktur dəyişiklikləri dövrünün başladığını deyib. Onun sözlərinə görə, bununla belə Rusiya bank sistemi ayaq üstündə möhkəm dayanıb və ciddi zərbələrə tab gətirə bilir.

Nabiullina bildirib ki, sanksiyalar artıq maliyyə sektoruna təsir edib: “Ölkə iqtisadiyyatı müvəqqəti olaraq ehtiyatlarla yaşaya bilər, lakin struktur transformasiyası ikinci və ya üçüncü rübün əvvəlində başlayacaq”.

Mərkəzi Bankın rəhbəri xatırladıb ki, hazırda ehtiyatların təxminən yarısına çıxış var.

Azpost.info

Əvvəlki məqalə

Məşhur idmançı icra başçısına 20 min manat rüşvəti nə üçün verib? –

Sonrakı məqalə

3 ildə orta aylıq maaş 40 faiz artıb