“Zəif sütunlar, keyfiyyətsiz beton, dəniz qumu, hamar dəmirlər…”- Türkiyədə binaların niyə çökdüyü məlum oldu (VİDEO)

Türkiyədəki zəlzələ bölgəsində mütəxəssislərlə birlikdə 500-ə yaxın binada araşdırma aparan İnşaat Mühəndisləri Palatasının üzvü Suat Torun dağıntıya səbəb olan səbəbləri açıqlayıb.

Azpost.info xəbər verir ki, “Anadolu” agentliyinə danışan Suat Torun binaların niyə çökdüyünə dair detallı bilgilər verib.

Torun bildirib ki, Hatayda baş verən zəlzələdən dərhal sonra dəyən ziyanın qiymətləndirilməsi və İnşaat Mühəndisləri Palatasının üzvü olaraq könüllü ekspert fəaliyyəti göstərmək üçün fəlakət bölgəsinə gedib və 10 gün orada qalıb.

Dəymiş ziyanı qiymətləndirərkən prokurorluqdan da lazımi məlumatları topladığını bildirən Torun memarlar, geologiya və inşaat mühəndisləri ilə birlikdə tikinti və layihə xətalarını araşdırdıqlarını bildirib.

Onun sözlərinə görə, ərazidə ən çox rastlaşdıqları problem betonun keyfiyyətsizliyi, yəni istənilən möhkəmliyə malik olmaması idi. Bundan başqa, dəmir armaturların istənilən diametrdə və strukturda olmadığı aşkarlanıb:

“Layihə və tətbiq xətalarını da gördük. Həmçinin zəif torpaq tədqiqatları və qruntun mayeləşməsi səbəbindən böyük problemlərlə qarşılaşdıq. Əsas səbəb tikinti xətalarıdır: zəif sütunlar, hamar dəmirdən istifadə, daşıyıcı elementlərin zədələnməsi, yumşaq döşəmə effekti və çərçivənin kəsilməsi. Layihə xətalarını da gördük. Layihə hazırlayarkən binanın x və y kəsici divarları bina müstəvisində zəlzələ qüvvələrini udmaq üçün pərdələr nəzərdə tutulub. Onların bütün sütunları bir-birinə bağlanmalıdır. Əks halda konstruksiyaya ziyan dəyəcək”.

Torun dağılan binaların əksəriyyətinin köhnə tikililər olduğunu, əsas səbəbin də tikinti xətaları olduğunu deyib.

Mütəxəssis Hatayda binanın inşasında dəniz qumundan istifadə edildiyini, bunun da betonun tərkibinə zərər vurduğunu, dəmirləri paslandırdığını deyib: “Dəniz qumunun tərkibindəki duz betonun struktuunu pozur, dəmirləri paslandırır”.

Azpost.info

Əvvəlki məqalə

Ölkə yollarında avtoqəzalar ən çox harada və nə vaxt baş verir? –

Sonrakı məqalə

“İndi Rusiyaya qarşı çıxmağa ehtiyac yoxdur” –