Ölkədə avtomobillərin qiymətləri ucuzlaşacaqmı?

“2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Vergi Məcəlləsinə təklif olunan dəyişikliyi şərh edərkən bildirib.
“Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra yerli istehsal olunan avtomobillərin satışı zamanı 18.0 faizlik vergi ödənilməyəcək. Bu həmin avtomobillərin xərcinin azalmasına imkan verəcək. İqtisadi baxımdan xərcin azalması yerli avtomobillərin qiymətinə də təsirsiz ötüşməməlidir. Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir”.
Deputat bildirib ki, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək: “Hazırda “Xəzər” avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirməyə çalışır. Həmçinin, Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir. Bu isə ondan xəbər verir ki, ƏDV-dən azad olma həm də yerli istehsalın genişləndirilməsi üçün imkanlar yaradacaq”.
Əvvəlki məqalə

“3 dəfə intihara cəhd edib” –

Sonrakı məqalə

Avropanın nəhəng dərman şirkəti Rusiya bazarını tərk edir