Ölkədə “kley iyləyən”, həblərdən asılı olan toksikomanların sayı açıqlanıb

2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-ya bildirilib. Bildirilib ki, tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin 1 156 nəfər olub.

Azpost.info bildirir ki, həkim rəyinə görə, toksikomaniya zəhərli maddələrə şiddətli meyl deməkdir. Narkotik vasitələrə aid olmayan dərman vasitələri və digər maddələrin qəbulundan asılılıq olub, xroniki intoksikasiya, psixi və fiziki asılılıq sindromları ilə xarakterizə olunur. Toksikomaniya və narkomaniya arasında tibbi-bioloji fərq yoxdur. Ən əsas fərq qəbul olunan maddələrdir. Toksikamanlar daha çox hallusinogen və xumarlandırıcı effekt törədən kimyəvi maddələrə üstünlük verirlər ki, bu maddələr rəsmi olaraq narkotik vasitələrə aid edilmir.

Əvvəlki məqalə

Rəqsanənin keçmiş kürəkəni həbs olundu

Sonrakı məqalə

“Yaşıl elm” platformasının baş redaktoru Taryel Abdullayev həbs edilib