Ölkədə nə qədər adam işləyir?

2021-ci il fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 253,4 min nəfər, məşğul şəxslərin sayı 4 milyon 877,3 min nəfər həddində rəsmiləşib.

Dövlət Statistika Komitəsi bildirir ki, yanvarın 1-nə muzdla çalışan işçilərin 33,8 min nəfəri iqtisadiyyatın neft-qaz sektorunda, 1 milyon 658 min nəfəri qeyri neft-qaz sektorunda çalışıb.

Hesabata əsasən, 2020-ci ilin sonuna ölkədə 5287 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs işləyib. Onların 29,2 faizi tikinti, 23,2 faizi mədən sənayesi, 9,5 faizi emal sənayesi, 6,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri ilə məşğul olub, 5,6 faizi təhsil sektorunda, 20,6 faizi digər sahələrdə fəaliyyət göstərib.

2020-ci il ərzində ölkədə 129 min yeni iş yerinin açıldığı, 20,1 min iş yerinin bağlandığı vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibkarlar pandemiya yardımından razı qalıbmı? –

Sonrakı məqalə

Nazirlik amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunduğunu açıqlayıb