Ölkədə ötən gün COVID-19-a yoluxanların sayı açıqlandı –OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib, aktiv xəstə sayı 7 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, ötən müddət ərzində isə ümumilikdə 5 889 656 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vətəndaşlar lazım olmadığı halda 2-3 çörək alır, israfçılıqdan qaçmalıyıq” –

Sonrakı məqalə

Mahir Emreli “Legiya”dan ayrılır –