Ölkədə QİÇS xəstələrinin sayı açıqlanıb

2022-ci ildə Qazanılmış İmmun Çatışmazlıq Sindromu (QİÇS) ilə 89 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-ya bildirilib. Onlardan 18 yaşa qədər 1 nəfər olub. Tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 2 675 nəfər olub.

Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə 2018-ci ildə 630, 2019-cu ildə 686, 2020-ci ildə 547, 2021-ci ildə 671 nəfər qeydə alınıb.

Əvvəlki məqalə

Nə üçün həftədə altı gün işləmək olmaz? –

Sonrakı məqalə

“Milan” 25 milyon avro qiyməti olan Loi Openda ilə maraqlanır