Ölkədə tərəvəz niyə bahadır? –EKSPERT RƏYİ

“Apardığımız araşdırmalar göstərdi ki, Azərbaycanda qonşu Türkiyəyə, İrana nisbətən krtofun, pomidorun, xiyarın, kələmin və sair tərəvəzlərin qimətləri 2-3 dəfə yüksəkdir”.
Azpost.info bildirir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli sosial şəbəkədə yazıb.
“Azərbaycanda istehlakçılara 1 kiloqramı 1,20-1,30 manata təklif edilən kartof İranda iki dəfə ucuz, 60-70 qəpiyə, Türkiyədə isə 3 dəfə ucuz, 35-38 qəpiyə, Gürcüstanda isə 73% ucuz qiymətə, 74 qəpiyə satılır”- deyə o vurğulayıb.
Ekspert bildirib ki, pomidorun pərakəndə satış qiyməti İranda 80-85 qəpik, Türkiyədə 1,06-1,38 manat, Gürcüstanda isə ən yuxarı qiyməti 2,99 manat olduğu halda Azərbaycanda 3,9 manata təklif edilir: “Bu da qonşu İranla müqayisədə 3 dəfə, Türkiyəyə ilə müqayisədə 2 dəfə, Gürcüstanla müqayisədə isə 30% bahadır. Göyərtinin 1 kiosu İranda 80 qəpiyə, Azərbaycanda isə 3 manat 70 qəpiyə satılır”.
2021-ci ilin əvvəlindən başlayaraq əsas ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərində ciddi artım olduğu və indiyədək bahalaşmanın davam etdiyi müşahidə olunur. Dövlət Statistika Komitəsi saytında yerləşdirdiyi məlumatda qeyd edilir ki, 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz təşkil edib.
DSK-nın təqdim etdiyi məlumata görə bu ilin yanvar ayında əvvəlki aya nisbətən çörək, çörək məmulatları və yarmalar 6,1%, tərəvəzlər 4,2%, meyvələr 4,6% bahalaşıb.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub.
Azpost.info
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kuleba Çavuşoğlu ilə Lavrovla danışıqların taktikasını müzakirə edəcək

Sonrakı məqalə

Prezident Avropa çempionatının iştirakçılarını qəbul edib –