Ölkədə üç ayda 138 min ton ət istehsal olunub

Kənd təsərrüfatında cari ilin yanvar-mart aylarında diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 14 faiz, tərəvəz istehsalı 0,1 faiz artıb.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 1,3 faiz artıb.

Əvvəlki məqalə

Avropanı Körfəz regionu ilə birləşdirəcək “Zəngəzur dəhlizi” –

Sonrakı məqalə

Üç sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib