“Ölkəmizdə gizli yoluxma hadisələri yoxdur” –Oqtay Şirəliyev

Koronavirus infeksiyası müxtəlif ölkələrdə fərqli formalarda yayılır. Yəni, bır sıra ölkələrdə kütləvi, bəzilərində isə nisbətən zəif cərəyan edir. Hər ölkə koronavirusa qarşı mübarizə məqsədilə öz imkanlarına və vətəndaşlarına uyğun tədbirlər görür. Ölkəmizdə xəstəliklə mübarizə tədbirləri öz nəticəsini verir.

Bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Televiziyasında yayımlanan “Hədəf” verilişində çıxış edərkən deyib.

“Bəzi ölkələrdə ancaq çox şübhəli olanlar, xəstələrlə təmasda olanlar testdən keçirilirlər. Azərbaycanda testlər təkcə paytaxtda deyil, bütün bölgələrdə aparılır. Gün ərzində 5 min testin aparılması böyük rəqəmdir. Xəstəliyə şübhəli olanlar, xəstəliyə yoluxanlarla təmasda olanlar testdən keçirilirlər. Həmçinin vətəndaşlar özləri də narahat olub müraciət edirlər. Bununla yanaşı, xəstələnmədən sonra iki dəfə testləşmə aparılır ki, xəstəliyin olmadığı dəqiq bilinsin. Azərbaycanda koronavirusun diaqnostikası üçün 18 laboratoriyanın fəaliyyət göstərməsi və yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə gündə 5 min testin aparılması uğurlu nəticədir. İnsanların bu qədər yoxlanması bizdə rahatlıq yaradır ki, ölkəmizdə gizli yoluxma hadisələri yoxdur. Bu, çox vacibdir”, – deyə O.Şirəliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FIFA Bekkenbauerə qarşı cinayət işinə xitam verilməsindən narazı qalıb

Sonrakı məqalə

Livanda iğtişaşlar başlayıb