“Ölkəmizdə taxıl və bitki yağı qıtlığı olacağını gözləmirəm” –EKSPERT RƏYİ

“Azərbaycanda strateji ərzaq məhsullarının ixracının məhdudlaşdırılması doğru addımdır”.

Bu sözləri Azpost.info-ya Milli Məclisin sabiq deputatı, iqtisadçı alim Nazim Bəydərmirli Azərbaycanda strateji ərzaq məhsullarının ixracının 1 il müddətinə məhdudlaşdırılmasına münaibət bildirərkən deyib.

Nazim Bəydəmirli əlavə edib ki, ixracın məhdudlaşdırılması bazar iqtisadiyyatının tələblərinə zidd olsa da, bunu anlayışla qarşılamaq lazımdır: “Əslində ixrac təşviq olunmalıdır. Amma mövcud şəraitə görə belə qərarın verilməsi zərurəti yaranıb. Bilirsiniz ki, Nazirlər Kabinetinin bu qərarı Rusiya Federasiyasının müvafiq qərarından sonra gündəmə gəlib. Ona görə də bunu anlayışla qarşılamaq lazımdır. Eyni zamanda daxili istehsalı artırmaq lazımdır ki, ixracın məhdudlaşdırılması zərurəti yaranmasın”.

Ekspert hesab edir ki, bu qərardan sonra taxıl və bitki yağları sahəsində hansısa ciddi problemlərin yaşanacağını düşünmür. “Əlbəttə ki, hökumət bütün bunları hesablayaraq qərar verib. Digər tərəfdən, qərar müvəqqəti xarakter daşıyır. Ümid edək ki, müharibə tezliklə dayanar və hər şey qaydasına düşər”, – Nazim Bəydəmirli bildirib.

Əvvəlki məqalə

Jirinovskinin partiyasına yeni fraksiya rəhbəri təyin olunub

Sonrakı məqalə

Döyüşdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq təklif edilir