“Ölkəmizlə nəqliyyat əlaqələrinin kəsilməsi yolverilməzdir”- Çin XİN

Çinin xarici işlər naziri Van Yi koronavirusun törətdiyi yeni tipli pnevmoniya səbəbindən ölkə ilə nəqliyyat əlaqələrinin kəsilməsinin yolverilməz olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, pakistanlı həmkarı Şah Maxmud Kureşi ilə telefon söhbətində çinli nazir Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, bir sıra ölkələrin Çinlə gediş-gəlişə bütövlükdə qadağa qoyduqlarını xatırladıb:

“Kimlərinsə çətin vəziyyətə düşdüyü bir vaxtda atılan bu kimi addımlar beynəlxalq əməkdaşlıq baxımdan məqbul sayıla bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şamaxıda idman müəllimi Avropa çempionunu öldürüb

Sonrakı məqalə

MSK bu partiyanın nümayəndəsinin səlahiyyətinə xitam verdi