Ölkəyə 6 ayda neftdən 3 milyard 350 milyon dollar gəlir gəlib

Dövlət Neft Fondu  Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə ötən altı ay üzrə  gəlirləri açıqlayıb. 

Azpost.info bildirir ki, bu barədə Neft Fondu məlumat verib.

AÇG yatağından  (01.01.2023-01.07.2023 tarixinə) 3 milyard 348 mln. dollar gəlir əldə edilib.

Şahdəniz yatağından qaz və kondensatdan 1 002 mln. ABŞ dolları gəlir gəlib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından 210,851 mln. ABŞ dolları gəlir əldə olunub.

Azpost.info 

Əvvəlki məqalə

Bu gün III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirilir

Sonrakı məqalə

Ağdaşda narkotikə görə 25 nəfər saxlanılıb