Ölkəyə üç ayda 25 milyon dollarlıq kərə yağı idxal edilib

Bu ilin birinci rübündə 4 min 516 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 25,6 milyon dollar olub. Xatırladaq ki, ötən ilin müvafiq dövründə dəyəri 26,9 milyon dollar olmaqla 4 min 967 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Hesabat dövründə 2 min 876 ton süd və qaymaq idxal olunub. İdxal olunan südün dəyəri 6,4 milyon dollardır. Keçən ilin eyni dövründə dəyəri 4,1 milyon dollar olmaqla 2 min 932 ton süd idxal edilib.

Yanvar-mart aylarında 3 min 349 ton çay idxalı həyata keçirilib. İdxal edilən çayın dəyəri 17,7 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə məbləği 15,3 milyon dollar olmaqla 3131 ton çay idxal olunub.

Əvvəlki məqalə

Fulya Öztürk İlham Əliyev və Ərdoğanın avtomobilinə yaxınlaşdı –

Sonrakı məqalə

“Allaha şükür, xeyli yaxşıyam”