On bir ayda Azərbaycandan 10,5 milyard kubmetr təbii qaz ixrac olunub

16 Dekabr 2019 - 20:50

Bu ilin 11 ayında ölkədən 10 milyard 464,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-noyabr aylarında ixrac edilən təbii qazın dəyəri 2 milyard ABŞ dollarından çox olub.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 6 milyard 450,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 256,1 milyon dollar olmuşdu.