Oqtay Gülalıyevin vəziyyətində xüsusi dəyişiklik yoxdur - Həyat yoldaşı
“Oqtay Gülalıyevin hazırkı vəziyyətində nə geriləmə var, nə də irəliləyiş. O, hələ də komadadır”.
Azpost.info bildirir ki, bu açıqlamanı Azadliq Radiosuna noyabrın 3-də Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib. Firuzə Gülalıyevanın qeyd etməsinə görə, noyabrın 3-də həkim Arif Xasıyev-lə danışıb: “Arif həkim dedi ki, əllərindən gələni edirlər, hələlik, xüsusi dəyişiklik yoxdur, Oqtay bəy komadadır”.
Növbəti xəbər yüklənir...