“Ukraynanın NATO-ya daxil olması Alyansın Rusiya ilə münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq”.
Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Ona görə də Budapeşt bu üzvlüyə qarşı çıxır. Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz ertəsi gün səhər ora qoşun göndərmək məcburiyyətində qalacağıq. Biz bunu istəmirik”, – Baş nazir vurğulayıb.
Azpost.info