Orban Zelenskidən atəşkəs variantını nəzərdən keçirməyi xahiş edib

Ukraynada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Prezident Vladimir Zelenskidən sülh danışıqları öncəsində atəşkəs variantını nəzərdən keçirməyi xahiş edib.

APA-nın “rzn.info”ya istinadən xəbərinə görə, Orban bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.

Macarıstanın Baş naziri Zelenski ilə yanaşı, bir sıra yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb.

Əvvəlki məqalə

2023-cü il dövlət büdcəsinin icrasına dair qanun təsdiqlənib

Sonrakı məqalə

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb