Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!”

Əvvəlki məqalə

“Vaqner”in rəhbəri yenə nazir Şoyqunu hədəfə aldı –

Sonrakı məqalə

“Tərtər işi” üzrə növbəti məhkəmə başlandı –