Ordumuzun 3601 hərbi qulluqçusu “Vətən uğrunda” medalına layiq görülüb –2756-sı Şəhid olduqdan sonra təltif edilib

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 3601 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2756-sı ölümündən sonra bu medala layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polkovnik Tehran Mənsimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi

Sonrakı məqalə

Şəhid olmuş 44 hərbi qulluqçu “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub