Ordumuzun 82 hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” oldu –4 nəfəri generaldır

Dekabrın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 82 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 2 general-leytenant, 2 general-mayor, 10 polkovnik və başqaları var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir