“Ordumuzun Ağdərəni atəşə tutması barədə deyilənlər yalandır” –MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ordumuzun bölmələrinin guya Ağdərə istiqamətində atəş açması ilə bağlı Ermənistan mətbuatında yer alan əsassız iddialara münasibət bildirib.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir