Azərbaycan Ordusunun hərbi təlimləri Ermənistanda narahatlıq və qorxu yaradıb.
Azpost.info bildirir ki, Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan bu gün jurnalistlərə deyib ki, Azərbaycan bu hərbi təlimləri əvvəlcədən planlaşdırıb.
Onun sözlərinə görə, Yerevan buna görə ATƏT-ə müraciət etsə də Bakı buna məhəl qoymur: “Biz orduda sayıqlığı artırmağa çalışırıq. Bakı bir neçə ildir ki, belə addımlar atır. Rəqibdən hər addım atacağını gözləyirik”- deyə o vurğulayıb.