Orqan Donorluğu üzrə Koordinasiya Mərkəzi yaradılacaq

Azərbaycanda  publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni 6 ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Koordinasiya Mərkəzinin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə ediləcək:

Nazirlər Kabinetinə:

-Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Koordinasiya Mərkəzinin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi;

– idarəetmə orqanlarının yaradılması;

– Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla yenidən təşkili və ləğvi.

Səhiyyə Nazirliyinə:

– Qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında”  qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kanada Senatı qondarma “DQR”-in tanınmasına dair təşəbbüsü rədd edib

Sonrakı məqalə

Ermənistanın Qarabağda əcnəbi terrorçulardan istifadəsinə dair hesabat BMT Baş katibinə ünvanlanıb