Orta məktəbin binası çökdü, 65 şagird dağıntı altında qaldı

İndoneziyanın Yava adasındakı Sidoarco şəhərində internat məktəbinin binası uçub, nəticədə bir şagird ölüb.

AzPost bildirir ki, bu barədə “The Guardian” yerli mətbuata istinadən xəbər verir.

Onlarla uşaq yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Ən azı 65 məktəbli dağıntılar altında qalıb.

Xilasedicilər dağıntılar altında qalan uşaqlara kömək etməyə, onları oksigen və su ilə təmin etməyə çalışıblar.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.