Ötən ay 13 milyon manatlıq narkotik vasitə ələ keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 31 əməliyyat keçiriblər.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə 39 nəfər və 4 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”da dəyəri 13 milyon manat olan 325 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 3 kiloqram zəhərli maddə olan civə, 2 min ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.

Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotik vasitələri qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.

Həmin faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

Əvvəlki məqalə

ABŞ qoşunlarını Nigerdən çıxarmağa başlayıb

Sonrakı məqalə

Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri başa çatıb