Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumları görüş keçirib

Ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir sıra qurumlarının nümayəndələri arasında görüş baş tutub.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan bildirib.

Görüş zamanı Ahurik-Akyaka dəmir yolu üzərindəki sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasına imkan verəcək texniki ehtiyaclar qiymətləndirilib. Görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi vurğulanıb.

Əvvəlki məqalə

Şirvan şəhərində su təchizatı və kanalizasiya şəbəkəsi yenilənir

Sonrakı məqalə

Beyin qanaması keçirən Braziliya prezidentini bu şəxs əvəz edəcək