Ötən ay vətəndaşlar restoranlarda 187 milyon manat xərcləyib

Ötən ay Azərbaycanda ictimai iaşə dövriyyəsi 187.3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin may ayı ilə müqayisədə 7.5% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6% artaraq 801,8 milyon manat olub.

Əvvəlki məqalə

Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovublar

Sonrakı məqalə

Bakıda hotelin qarşısında mikroavtobus yandı