Ötən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlanıb

07 Aprel 2021 - 10:05

Mart ayında 2659 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Verilən məlumata görə, onların 50,7%-ni qadınlar, 49,3%-ni isə kişilər təşkil edir.