Ötən gün ölkədə COVİD-ə yoluxanların sayı açıqlandı –OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 609397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan .585284 nəfər müalicə olunaraq sağalıb, 8182 nəfər vəfat edib, aktiv xəstə sayı 15931 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10495, ötən müddət ərzində isə ümumilikdə 5739928 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abşeronda kişi arvadının başını kəsib –

Sonrakı məqalə

Qarabağı Bakının tabeliyində görən Libaridyan Türkiyə üzrə nümayəndə təyin olunur?