Ötən il “Şahdəniz” neft yatağından ölkəyə 887 milyon dollar gəlir gəlib –

NEFT FONDU
06 Yanvar 2022 - 16:16

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 884 793 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə üç dəfə çoxdur.

ARDNF-dən verilən məlumata görə, o cümlədən, Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2021-01.01.2022 tarixinə) 302 817 min dollar olub, bu da 35,5% artım deməkdir.

Məlumata görə, ARDNF-nin “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri (2007-ci ildən etibarən) 4 551 mln. dollar (01.01.2022 tarixinə) təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF “Şahdəniz” yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.