Ötən il sığorta ödənişlərinin həcmi tarixi rekord nəticəyə -1 milyard 265 milyon manata çatıb. Ümumilikdə son 4 ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O vurğulayıb ki, sığorta olunan predmetlərin sayı artıq 7 milyondan çoxdur. Bu, hər il böyüməkdə davam edir. Sığorta sektorunun verdiyi təminatın, sığorta məbləğinin həcmi artıq yarım trilyon manata çatır. Ötən il sığorta sektoru tərəfindən həm sahibkarlara, həm əhaliyə dəyən zərərlərin ödənişi 600 milyon manata çatıb.