Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə həbs edilən və cərimə olunanların sayıAÇIQLANIB

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Bildirilib ki, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 9 şəxs isə inzibati qaydada həbs olunub.

“Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada koronavirus:

Sonrakı məqalə

Fransada 600 hərbçi koronavirusa yoluxub