Fransada 600 hərbçi koronavirusa yoluxub

Fransada təqribən 600 hərbi qulluqçuda koronavirus infeksiyası aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Florans Parli açıqlayıb.

O bildirib ki, Fransa Silahlı Qüvvələrinin mülki əməkdaşı virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 274 nəfəri sağalıb, 59 226 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə həbs edilən və cərimə olunanların sayı

Sonrakı məqalə

Sabah hava necə olacaq?