Ötən ay dünyada ən çox bu material bahalaşıb

Oktyabr ayında dünyada ən çox bahalaşan material kobalt olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu dünyanın aparıcı əmtəə birjalarının o cümlədən, Nyu-York, Çikaqo, Şanxay birjalarının məlumatları göstərir.

Məlumata görə, polad istehsalında geniş istifadə olunan kobalt ötən ay 28,5 faiz bahalaşıb.

Qiyməti bahalaşmış top-metallar arasında palladium və litium da yer alır. Müvafiq olaraq 15,8 faiz və 9,5 faizli bahalaşma qeydə alınıb.

Enerji sektoruna aid materiallardan isə ABŞ-da ən yüksək qiymət artımı təbii qaz (+19,4 faiz), dizel yanacağı (+7,6 faiz) və mazutda (+6,9 faiz) müşahidə olunub

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.