Oynaq ağrılarına diqqət!- Əlilliyə səbəb ola bilər (Həkim rəyi)

Ən çox görülən oynaq xəstəlikləri arasında revmatoid və osteoartritdir.

Azpost.info xəbər verir ki, rusiyalı ortoped-travmatoloq Mixail İqnatovun sözlərinə görə, xəstəliklərə məhəl qoymamaq xroniki ağrılara və hətta əlilliyə səbəb ola bilər.

Həkim qeyd edib ki, revmatoid artrit immun sisteminin orqanizmin sağlam hüceyrələrinə hücumuna səbəb olan autoimmun və iltihablı xəstəlikdir. Artrit bir çox oynaqları təsir edə və onların toxumalarına zərər verə bilər. Həmçinin xroniki ağrıya və tarazlığın itirilməsinə gətirib çıxara bilər.

Revmatoid artritin əlamətlərinə bir neçə oynaqda ağrı və sərtlik, həssaslıq və şişlik daxildir. Bədənin hər iki tərəfində, məsələn, hər iki biləkdə və ya dizdə simmetrik olaraq meydana gəlirlər. Digər simptomlara çəki itkisi, qızdırma və daimi yorğunluq daxildir. Xəstəliyin əsas səbəbi məlum deyil, lakin artan risk yaş, cins, genetika, gənc yaşda siqaret çəkmə və piylənmə var.

Mütəxəssis əlavə edib ki, digər geniş yayılmış oynaq xəstəliyi osteoartritdir. Bu xəstəlikdə oynaq qığırdaqları nazikləşir və bu nahiyədə sümük toxuması böyüyərək sümüklərin bir-birinə dəyməsinə, şişkinlik və sərtliyə səbəb olur. Osteoartritin inkişafına təsir edən amillərə çəki, məşq də daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.