Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu günlərdə Fərqanə vilayətinə səfəri zamanı daşdan kağız istehsalına başlayan “Ferqana stone paper” müəssisəsinə gedib.
Ş.Mirziyoyev müəssisənin işi ilə tanış olan dövlət başçısı deyib ki, kağız istehsalı çox qədim bir sənətdir, bir zamanlar Səmərqənd kağızı bütün dünyada tanınıb. Əminəm ki, bu müəssisə tarixi ənənələri sənaye üsulu ilə bərpa edəcək.
Mütəxəssislərin fikrincə, belə kağızın bir sıra üstünlükləri var. Əvvəla sellüloz kağızın hazırlanması üçün çoxlu su işlədilir, bu da kağızın tərkibindəki zərərli maddələr ücbatından onun gələcək istifadəsini qeyri-mümkün edir. Daşdan kağız hazırlanmasında isə su tələb olunmur. Həm də daş kağız möhkəm və uzunömürlüdür, çirklənməyə davamlıdır. Ona görə də poliqrafiyada, divar və qablaşdırma kağızlarının istehsalında daş kağız çox əlverişlidir. Xarici bazarda daş kağıza böyük tələbat var. (Azərtac)
Müəssisədə ildə 9 min ton kağız istehsal ediləcək.