Özünə ad günü məclisi təşkil edən məktəb direktoruna şiddətli töhmət verilib –RƏSMİ

Sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etmsi barədə görüntülər yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə vermiş erməni Vətən müharibəsində əsir düşüb-

Sonrakı məqalə

Prezident vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb