PA rəhbəri Samir Nuriyev iclasda hansı icra başçısını tənqid edib?

15 Yanvar 2020 - 16:30

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını qəbul edib.

Azpost.info bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Samir Nuriyev iclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu tənqid edib.

Administrasiya rəhbəri A.Məmmədova Şəmkirdə  keçirilən Bələdiyyə Seçkilərinə müdaxilə etdiyi və vətəndaşların şikayətlərinə laqeyd yanaşdığı üçün iradını bildirib.