“Pakistan şirkətləri azad olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etmək istərdi” –SƏFİR

“Pakistanın bir çox şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştirak etmək istərdi”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib. 

O bildirib ki, Azərbaycanın XİN başçısı İslamabadda səfərdə olarkən Pakistan şirkətlərini ölkəyə dəvət edib.

“Bununla bağlı Azərbaycan hökuməti ilə də danışıqlar aparacağıq. Ümid edirik ki, Pakistan şirkətləri qarşıdakı aylarda və illərdə bu prosesdə iştirak etmək üçün Azərbaycana gələcək”, – deyə səfir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşğaldan azad edilən ərazilərə getməyin!” –

Sonrakı məqalə

Sumqayıtda 81 yaşlı kişi özünü asıb